“Neftçi”ni tərk edən ilk legioner o oldu
Yay transfer dönəmində “Neftçi”ni tərk edən ilk əcnəbi futbolçu müəyyənləşib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Sezar Meza Kolli Bakı klubundan ayrılıb.
31 yaşlı paraqvaylı oyunçunun başa çatan müqaviləsinin yenilənməməsi qərara alınıb.
2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin