“Neftçi”də yeni legioner futbolçu
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu heyətini iranlı Saman Nariman Cahan ilə gücləndirib.
Bu barədə “Neftçi” azarkeşlərinin sosial şəbəkə hesabında məlumat yayılıb. Hətta futbolçunun “Neftçi” forması və klubun idman direktoru Ceyhun Sultanovla fotosu da paylaşılıb. Tərəflərin 1,5 illik müqaviləyə imza atdıqları bildirilir. Klub isə hələlik rəsmi açıqlama verməyə tələsmir.
Qeyd edək ki, cinah yarımmüdafiəçisi olan Nariman Cahan “Traktor”un yetirməsidi. O, karyerası ərzində “Naft Tehran”, “Göstəriş”, “Traktor”, “Maşinsazi”, “Persepolis” və “Paykan” klublarında çıxış edib. Onun son klubu “Maşinsazi” olub. “Neftçi”nin 28 yaşlı yeni transferi İranın U-23 yığmasında da oynayıb.
Bizi Facebook-da izləyin