“Neftçi”dən yeni rekord
“Neftçi” Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”ı məğlub edib (4:0).
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həmin qələbədən sonra “ağ-qaralar” “Qarabağ”la “Sabah”ın ardınca “üçlük”də yerini təmin edib.
Paytaxt klubu ölkə çempionatları tarixində 21-ci dəfə mükafata sahib olacaq. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” buna qədər 20 dəfə medalçılar sırasına düşüb.
“Ağ-qaralar” 9 dəfə – 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 və 2020/2021 mövsümlərində çempion titulunu qazanıb.
Paytaxt təmsilçisi 5 dəfə gümüş (2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022), 6 dəfə bürünc (1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018) mükafat qazanıb.
“Neftçi” ardıcıl 6-cı mövsümü “üçlük”də bitirəcək.
Bizi Facebook-da izləyin