“Neftçi”dən Türkiyədə son məşq
“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu məşqinə çıxıb.
Komanda.az xəbər verir ki, hazırlıq prosesi komandanın məskunlaşdığı “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub.
Sabah “ağ-qaralar” Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama görüşünü keçirəcək. Bununla da paytaxt klubunun Türkiyə toplanışına yekun vurulacaq.
Xatırladaq ki, ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn “Neftçi”nin Rumıniyanın “Politexnika İaşi” klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Komanda iyulun 1-də vətənə qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin