“Neftçi”dən Fələstin və Gürcüstan yığmalarına

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək.

Millinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.

Xatırladaq ki, əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Ataa Caber bu komandanın kapitanı da olub.

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kvirkveliya da Gürcüstan milli komandasına dəvət olunub.

31 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Kvirkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button