“Neftçi”dən ayrılan futbolçu Qazaxıstan klubunda

Qış fasiləsində “Neftçi”nin yollarını ayırdığı Mamadu Mbodjun yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.

Mərkəz müdafiəçisi “Ordabaşı” klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbodj Premyer Liqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/22 mövsümündə Azərbaycan çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button