“Neftçi”dən ayrılan futbolçu klub rəhbərliyini tənqid etdi
“Neftçi”dən ayrılan Eddi İsrafilov sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü azarkeşlərlə vidalaşıb. 31 yaşlı yarımmüdafiəçi paylaşımında klubdan incikliyini ifadə edib:
“Salam, “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim, bu klubda çoxlu mehriban işçilər vardı.
Amma klubun zəif idarəçiliyi və həmişə addımların gec atılması səbəbindən bunu belə etməliyəm! Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür etmək istəyirəm, sizi hər zaman ürəyimdə daşıyacam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm. Gələcəkdə sizə uğurlar arzulayıram.
Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin, unutmayın ki, siz klubun özüsünüz, siz komandanın DNT-sisiniz və bu klubun əsl motoru sizsiniz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!
Bizi Facebook-da izləyin