![](https://komanda.az/wp-content/uploads/2024/11/andre-sinyashiki-780x470.jpg)
“Neftçi”dən ayrılan futbolçu Bolqarıstan klubuna keçdi
“Neftçi”nin sabiq futbolçusu Andre Şinyaşiki özünə yeni klub tapıb.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın sıralarını tərk etdikdən sonra klubsuz qalmış braziliyalı futbolçu Bolqarıstanda oynayacaq.
Şinyaşiki yüksək liqa təmsilçisi olan “Arda” ilə anlaşıb. 27 yaşlı hücumçu mövsümün sonuna qədər bolqarlara kömək edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin