“Neftçi”dən “Araz”a
Mövsümlərarası fasilədə iranlı legionerlərlə yollarını ayıran “Araz” transfer çalışmalarını davam etdirir.
Komanda.az xəbər verir ki, Taylandda ayyarımlıq legioner həyatından sonra komandaya dönən Xətai Bağırovun ardınca son çempion ötən mövsümü “Neftçi” İK-da keçirmiş Vahid Şəfaye ilə anlaşıb.
Klubun idman direktoru Marat Salyanski 27 yaşlı “stolba” mövqeyində çıxış edən futzalçı ilə 1 illik müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, “Araz” ölkəmizi UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək. Təmsilçimiz “Benfika”, “Halle-Gooik” və “Xerson”la 2-ci qrupda mübarizə aparacaq. Oyunlar oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin