“Neftçi”də yeni titul sponsoru
2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkəmizin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.
2018-ci ildə “Neftçi” PFK ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb. “Neftçi” qardaş ölkənin dünyaca məşhur brendinə 5 ildir yanında olduğuna, göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bizi Facebook-da izləyin