“Neftçi”də yeni təyinat

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

“Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. O, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button