“Neftçi”də “Qarabağ”la matçdan öncə sağlamlıq durumu – VİDEO
“Neftçi”də Premyer Liqanın 32-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyundan öncə sağlamlıq durumu açıqlanıb.
Komanda.az xəbər verir ki, barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib.
Onun sözlərinə görə, komanda bu oyuna tam heyətlə hazırlaşıb. Yalnız müdafiəçi Azər Əliyevin səhhətində problem var. Lakin bu, onun meydana çıxmasına əngəl törətmir.
Xatırladaq ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin