“Neftçi”də Mutunun köməkçiləri müəyyənləşdi

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Komanda.az xəbər verir ki, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.

Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button