
“Neftçi”də itki – 5-6 ay olmayacaq
“Neftçi”nin futbolçusu Sezar Meza Kolli əməliyyat olunub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin vətəni Paraqvayda xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.
Həkimlərin rəyinə görə, Meza Kolli 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
“Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və müayinədən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin