
“Neftçi”də Emin Mahmudov müəmması
“Neftçi”nin kapitanı Emin Mahmudov mövsümün qalan oyunlarında meydana çıxmaya bilər.
Mahmudov aprelin 23-də, “Sabah”a qarşı Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə zədələnib. O, “Sumqayıt”la Premyer Liqanın son matçında (2:2) heyətdə yer almayıb. Sumqayıtdakı oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov kapitanın mövsümün qalan matçlarında meydana çıxmamaq ehtimalının olduğunu bildirib.
“Neftçi”nin mətbuat katibi Asəf Zeynallı Komanda.az-a bildirib ki, Mahmudov üçün bir həftəlik müalicə nəzərdə tutulub:
“Bir həftəlik müalicə nəzərdə tutulub. Ondan sonra durumuna baxılacaq. Ola bilər ki, mövsümün son oyunlarında meydana çıxsın. Ola da bilər ki, hazır olmasın”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin