“Neftçi”də ciddi itki
“Neftçi”nin futbolçusu Yuri Matias zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan”la keçirilən oyundan əvvəl məşq zamanı bud əzələsində ağrı hiss edib.
Həkimlərin göstərişi ilə Matias oyunu buraxmalı olub.
29 yaşlı futbolçu bu mövsüm “Neftçi”də 24 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin