“Neftçi”də ayrılıq – RƏSMİ
“Neftçi” yarımmüdafiəçisi Saman Nərimancahanla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə cənubi azərbaycanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Neftçi”yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin