“Neftçi”dən yeni transferi ilə 2.5 illik müqavilə
“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Eddi İsrafilov ilə 2,5 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək.
İsrafilov İspaniyanın “Real Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib. 2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.
“Neftçi” bundan əvvəl 27 yaşlı müdafiəçi Azər Salahlı transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin