“Neftçi”dən ayrılan futbolçu Yunanıstan klubunda
Bir neçə gün əvvəl “Neftçi”ylə yollarını ayıran Slavko Braliç karyerasını Yunanıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu AEL klubuna transfer olunub. Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braliçlə 2,5 illik müqavilə imzalanıb.
“Neftçi”yə 2018-ci ilin yayında transfer edilən Braliçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin