“Neftçi”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanına üz tutdu
“Neftçi”dən ayrılan gürcüstanlı futbolçu Solomon Kverkveliyanın yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Gürcüstan millisinin üzvü “Əl-Oxdud”a keçib.
Kverkveliya 2022-ci il iyulunda “ağ-qaralar”la 2 illik müqavilə imzalamışdı. “Neftçi” dünən onunla sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin