“Neftçi”də yeni təyinatlar

“Neftçi” Futbol Akademiyasına yeni təyinatlar olub.

Komanda.az klubun rəsmi saytına istinadən məlumatına görə, Anar Vəliyev U-19, Xalid Bayramov isə U-15 komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.

Vəliyev bu postda Vaqif Paşayevi, Bayramov isə Fərrux İsmayılovun gedişindən sonra U-16-ya baş məşqçi təyin olunmuş Vaqif Əliyevi əvəzləyib. Paşayev karyerasını “Zirə”də köməkçi-məşqçi, İsmayılov isə AFFA-nın kütləvi futbol departamentinin rəhbəri kimi davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button