“Neftçi”də fransız yarımmüdafiəçi
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Romen Baskı transfer edib.
Bu barədə Fransa mətbuatı məlumat yayıb. 26 yaşlı fransız futbolçunun “Havr”la hələ bir illik müqaviləsi qalsa da, bu, transferə mane olmayıb. Mərkəz yarımmüdafiəçisinin “Neftçi” ilə 2 illik müqavilə imzalayacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Bask, peşəkar karyerasına ölkəsinin “Keviyi Ruan” klubunda başlayıb. O, 2018-ci ildən “Havr”da çıxış edir. “Neftçi”nin yeni transferi geridə qalan mövsümdə bu komandanın heyətində Liqa 2 çərçivəsində 35 matça çıxıb və 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin