“Neftçi”də daha bir ayrılıq
“Neftçi” seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə vidalaşıb.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında pozlulub.
1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin