“Neftçi” əməkdaşlıq etdiyi brendlərdən biri ilə müqaviləni uzatdı
“Neftçi” klubu və “Braun” markası arasında əməkdaşlıq müqaviləsinin müddəti bir il uzadılıb.
Komanda.az xəbər verir ki, tədbirdə “Braun” brendinin nümayəndəsi İrakli Qabriadze, “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev və jurnalistlər iştirak ediblər.
Qabriadze əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına dair aşağıdakıları dilə gətirib:
“Sabahınız xeyir! Fərrux Mahmudov, yeni təyinat münasibətilə sizi təbrik edirəm. Kluba və sizə uğurlar arzu edirəm!
Çox gözəl məqsəd üçün buraya toplaşmışıq. “Neftçi” Azərbaycan futbolunun əfsanəsidir. Onlar ölkə futbolunda çoxlu uğurlar qazanıblar. Biz də onun bir parçası olmaq istəyirik. “Neftçi” və “Braun” arasında əməkdaşlıq müqaviləsi imzalamaq üçün buradayıq. Niyə məhz “Braun”? Çünki bu brendin 100 ildən artıq tarixi var. Məhsulları olduqca keyfiyyətlidir. Eyni zamanda, “Braun” Türkiyə millisinin və “Milan”ın da sponsoru olub. Əminəm ki, “Neftçi” azarkeşləri arasında da çoxlu sayda “Braun” markasından istifadə edənlər var. Onlar 2 markanın adının yanaşı işlənməsini olduqca xoş qarşılaşayacaqlar. “Neftçi”nin futbolçuları “Braun” brendinin siması olacaqlar. Biz 25 il ərzində Azərbaycan ailələrinin həyatına müəyyən dərəcədə təsir etmişik. Əlbəttə, istehsal etdiyimiz məhsullarla. 2012-ci ildə Londonda keçirilən olimpiya oyunlarında Azərbaycan Milli Olimpiya Komitəsini yaxından dəstəkləmişik. AFFA ilə də tərəfdaşlıq haqda müqaviləyə də imza atmışıq. Tərəfdaşlıq təklifimizi qəbul etdiyi üçün minnətdarlığımı bildirirəm”.
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov isə İrakli Qabriadzeyə təşəkkür edib və uğurlar arzulayıb:
“Hər birinizi salamlayıram! Cənab İrakli, xoş sözləriniz üçün sizə təşəkkür edirəm və sizə uğurlar arzulayıram!
Bu gün bizim üçün əlamətdar gündür. Artıq üçüncü ildir ki, adıçəkilən şirkətlə əməkdaşlıq edirik. Keçən mətbuat konfransda dediyim ki, dəyərlərin üst-üstə düşməsi bizə görə vacibdir. “Braun” da ağ-qaradır, biz də (gülür)”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin