“Neftçi” “Zirə” ilə oyuna 2 əskiklə hazırlaşır
“Neftçi” Premyer Liqanın 21-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb.
Komanda.az xəbər verir ki, “Sabah”la matçdan sonra iki günlük fasiləyə buraxılmış “ağ-qaralar” bu gün məşqə çıxıb.
Əvvəlcə klubun inzibati binasındakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən komanda üzvləri sonra toplu çalışmaları yerinə yetiriblər. Zədəli Mamadu Mbodj fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyanonun rəhbərliyi altında fitnes zalında fərdi məşqlərə başlayıb, Aqil Məmmədov isə müalicə olunduğu üçün bugünkü məşqdə iştirak etməyib. Qapıçı sabahdan məşqlərə qoşulacaq.
Qeyd edək ki, martın 15-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin