“Neftçi” “Zenit”i məğlub yola saldı
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama görüşü keçirib.
Komanda.az xəbər verir ki, Bakı klubu Rusiya təmsilçisi “Zenit”lə qarşılaşıb.
İyulun 1-də “Match TV” turniri çərçivəsində Sankt-Peterburqda üz-üzə gələn komandalar bu dəfə “Neftçi Arena”da görüşüb. Klubların millilərə qoşulan oyunçuları bu matçda iştirak etməyiblər.
Oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rusiyadakı qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanmışdı.
Yoxlama görüşü
18 noyabr
Neftçi (Azərbaycan) – Zenit (Rusiya) 2:1
Qol: Reziuan Mirzov, 9; 62 – Du Keyros, 56.
Neftçi: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi
Baş məşqçi: Adrian Mutu
Zenit: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor
Baş məşqçi: Sergey Semak
Bakı, “Neftçi Arena”
Bizi Facebook-da izləyin