“Neftçi” “Zenit”i məğlub yola saldı

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama görüşü keçirib.

Komanda.az xəbər verir ki, Bakı klubu Rusiya təmsilçisi “Zenit”lə qarşılaşıb.

İyulun 1-də “Match TV” turniri çərçivəsində Sankt-Peterburqda üz-üzə gələn komandalar bu dəfə “Neftçi Arena”da görüşüb. Klubların millilərə qoşulan oyunçuları bu matçda iştirak etməyiblər.

Oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rusiyadakı qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanmışdı.

Yoxlama görüşü

18 noyabr

Neftçi (Azərbaycan) – Zenit (Rusiya) 2:1

Qol: Reziuan Mirzov, 9; 62 – Du Keyros, 56.

Neftçi: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi

Baş məşqçi: Adrian Mutu

Zenit: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor

Baş məşqçi: Sergey Semak

Bakı, “Neftçi Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button