“Neftçi” “Zenit”lə bacarmadı

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” yerli “Zenit” komandası ilə qarşılaşıb.

Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş rəqibin əzmkar qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. “Zenit”in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.

“Neftçi” bu turnirdə iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, iyulun 12-də isə Türkiyənin “Fənərbaxça” komandaları ilə də qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button