“Qəbələ”nin “Qarabağ”la 72-ci dueli
Premyer Liqanın 25-ci turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, əyalət klubları Qəbələdə üz-üzə gələcəklər.
Bu, iki komanda arasında 72-ci duel olacaq. İndiyədək 71 dəfə qarşılaşan rəqiblərin oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib. Digər 37 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 55 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 111 top buraxıb.
Ölkə kubokunda 15 matça çıxan rəqiblər Premyer Liqada 57-ci dəfə üz-üzə gələcək. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edibsə, 31 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan “qırmızı-qaralar” 87 top buraxıb.
“Qəbələ” 36-cı dəfə “Qarabağ”ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 9 qələbə qazanıb, 11 heç-heçə edib və 15 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 31 top keçirən “Qəbələ” futbolçuları 45 qola üzülüblər.
Xatırladaq ki, martın 5-də baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.
Bizi Facebook-da izləyin