“Neftçi” Qəbələyə yollandı

Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.

Komanda.az klubun mətbuat xidmətində istinadən xəbər verir ki, Qəbələdə təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək.

“Ağ-qaralar” “Gabala Garden Hotel”ə yerləşib. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də, bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa, bütün oyunçular iştirak edəcəklər.

“Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button