“Neftçi” yeni transferlərini UEFA-ya sifariş etdi

“Neftçi” yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib.

Komanda.az xəbər verir ki, hər iki legioner müdafiəçinin adı Bosniya və Herseqovina “Jelezniçar”ı ilə keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.

Əvəzində isə Serbiya “Partizan”ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

“Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button