
“Neftçi” yeni transferini açıqladı
“Neftçi” paraqvaylı futbolçu Dieqo Qabriel Valdes Samudionu transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı oyunçu “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Dieqo Valdesin son klubu ölkəsində “Qvayrenya” olub. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə Paraqvay millisinin heyətində meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin