“Neftçi” yeni legioner gətirdi – RƏSMİ
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, alban dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. Teluşi müqavilə imzaladıqdan sonra əsgər salamı verməsi ilə diqqət çəkib.
Qeyd edək ki, Bruno Teluşi İtaliyanın “Virtus Entella” (2007-2011), Albaniyanın “Flamurtari” (2011-2017), “Partizani” (2018-2020), “Kukesi” (2020) və Xorvatiyanın “Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.
Bizi Facebook-da izləyin