“Neftçi” yenə Məmmədovsuz çalışdı
“Neftçi” Azərbaycan Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını başa vurub.
Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan oyunöncəsi son məşqdə zədəli Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak edib. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüşə saat 17:30-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin