“Neftçi” və “Turan Tovuz”un futbolçuları rəqibi vurduqları üçün cəzalanıblar
AFFA U-15 Liqasında çıxış edən “Turan Tovuz”un futbolçusu Uğur Məmmədov 4 oyunluq cəzalanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçunun “Neftçi”yə qarşı matçın 53-cü dəqiqəsində təcəvüzkar davranışa yol verməsi səbəb olub.
Məmmədov rəqibi əli ilə vurduğuna görə cəza alıb.
“Neftçi”nin futbolçusu Ramin Abıyev də eyni dəqiqədə rəqibi əli ilə vurduğu üçün növbəti 4 qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin