“Neftçi” və “Turan Tovuz” cərimələnib

AFFA İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cərimələyib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” “Şamaxı” ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın 13-cü turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Tovuz təmsilçisi isə “Səbail”lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button