“Neftçi” və “Sumqayıt”ın rəqiblərinin istəyi qəbul olundu
“Neftçi” və “Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri olan Makedoniyanın “Şkupi” və “Şkendiya” komandalarının ölkə çempionatındakı növbəti oyunlarının vaxtı dəyişdirilib.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, klubların istəyini nəzərə alan yerli federasiya avqustun 23-nə planlaşdırılan qarşılaşmaların 2 gün tez keçirilməsinə icazə verib.
“Şkupi” səfərdə “Belasitsa”, “Şkendiya” isə “Makedoniya GP” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 27-də oynanılacaq “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” görüşlərinə saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin