“Qarabağ”ın sabiq məşqçisi Danimarka klubunda
“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selles Danimarkanın “Kopenhagen” klubunda çalışacaq.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis paytaxt təmsilçisində baş məşqçi Cess Torupun köməkçisi olacaq.
“Kopenhagen”in idman direktoru Uilyam Kvist Sellesin təyinatıyla bağlı açıqlama verərkən, onun “Qarabağ”da işlədiyi vaxtlardan da söz açıb:
“Ruben Selles istedadlı məşqçilərdən biridir. Həm meydanda, həm də meydandan kənarda güclü təcrübələri var. Onu “Qarabağ”dan tanıyıram. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə çıxanda Selles komandada idi. Təəssüf ki, bizim hesabımıza qrup mərhələsinə vəsiqə qazandılar”.
Ruben Selles 2012–2014-cü illərdə “Neftçi”də, 2015–2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. O, daha sonra Danimarkada “Orxus”, İspaniyada isə “Valensiya” klubunda çalışıb.
Bizi Facebook-da izləyin