“Neftçi” vurduğu qolların sayəsində mərhələ adladı”
Rusiyanın “Arsenal” (Tula) klubunun baş məşqçisi İqor Çerevçenko Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- İlk hissədə üstünlük bizdə idi. Ancaq bu, o demək deyil ki, hesab dəyişir. Öz imkanlarımızdan istifadə etməliydik, edə bilmədik.
- Mərhələni keçməməyinizi avrokuboklarda debüt etməyinizə bağlamaq olarmı, yoxsa “Neftçi” sizdən üstün oldu?
- “Neftçi” qollarının sayəsində mərhələ keçdi. Təcrübə ilə əlaqəli deyil. Bizim oyunçular milli komandada oynayır, Avropa təcrübələri var. İlk avrokubok cəhdimiz uğursuz oldu.
- İlk oyundan sonra dediz “Neftçi” çox səviyyəli, eyni zamanda sərt komandadı.
- Mən “Neftçi”nin sərtliyi ilə bağlı bir şey deməmişəm.
- Hər hansı bir futbolçunuzun qarşısında məqsəd var idimi ki, liderlik etsin?
- Mən bütün məsuliyyəti özüm daşıyıram. Futbolçuların hər biri özünə görə lider olmalıdı.
- Qarşıdakı mərhələlərdə “Neftçi”nin şanslarını necə görürsüz?
- Təcrübəli komandadı. Yaxşı şansları var. Yüksək qiymətləndirirəm. Baş məşqçiləri “Şerif”lə avrokubokların qrup mərhələsində oynayıb. Onlara uğurlar arzu edirəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin