“Neftçi” və MOİK darmadağına sevindi

Futbol üzrə Azərbaycan birinci divizionunda 14-cü turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, bu gün baş tutan oyunlardan birində “Neftçi” və “Sumqayıt” klublarının əvəzedici komandaları üz-üzə gəlib. Səkkiz qolun qeydə alındığı görüşdə qələbəni meydan sahibləri bayram ediblər.

Günün digər matçında MOİK ilə “Kəpəz” komadaları qarşılaşıb. Bu oyunda da meydan sahibləri darmadağınla qalib gəliblər.

Birinci divizion, 14-cü turun oyunları

28 mart

Neftçi-2 – Sumqayıt-2 6:2
Qol
: Famil Camalov, 14. Emin Zamanov, 62-pen. İsmayıl Zülfüqarlı, 63. Nihad Qurbanlı, 66. Nicat Musayev, 80. Əli Mürsəlov, 90+4 – Tahir Zeynalov, 28. Samir İbrahimov, 33.
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Kərim Zeynalov, İnqilab Məmmədov
“Neftçi”nin təlim-məşq mərkəzi (4-cü meydança), 15:00

MOİK – Kəpəz 4:1
Qol
: Elvin Nəsibov, 27. İlham Allahverdiyev, 63; 80. Hüseyn Hüseynli, 90+2 – Əli Səmədov, 45+3-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Rəşad Əhmədov
Binə qəsəbə stadionu, 15:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button