“Neftçi” üzərində qələbəni atama həsr edirəm” – Vaqif Cavadov
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq”.
Biz ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. Karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, “Neftçi”lidir. Onun olmaması mənim üçün çətindir. “Neftçi” üzərində qələbəni atama həsr edirəm. Onun üzərimdə böyük əməyi var.
Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. “Neftçi”yə uğurlar arzulayıram. Bu klubu yuxarı pillələrdə görmək istəyərdim. “Zirə”, “Şamaxı” və “Neftçi”yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə Allah da bizə qələbəni bəxş etdi”.
Bizi Facebook-da izləyin