“Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

Sabah futbol üzrə Avropa Liqasında da 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçiləri – “Neftçi” və “Səbail”in də ilk rəqibləri bilinəcək.

Paytaxt klubları səpələnmişlər səbətində yer aldığından nisbətən zəif komandalardan biri ilə üz-üzə gələcək.

Püşkatmadan 1 gün öncə UEFA iştirakçıları qruplara bölüb. “Neftçi”nin rəqibi bu beş komandadan biri olacaq:

“Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Akademiya Pandev” (Makedoniya), “Speranta” (Moldova), “Zeta” (Monteneqro).

“Səbail” isə aşağıdakı altı klubdan biri ilə düşəcək:

“Universitatya Krayova” (Rumıniya), “Balzan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hinçesti” (Moldova), “Narva Trans” (Estoniya).

Avroliqadakı digər təmsilçimiz – Azərbaycan Kubokunun qalibi “Qəbələ” isə mübarizəyə 2-ci raunddan başlayacaq. 2-ci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button