
“Neftçi” Türkiyəyə yardım göndərdi – FOTO
“Neftçi” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib.
Klubdan Komanda.az-a verilən məlumata görə, “ağ-qaralar”ın bazasında yardım üçün hazırlanan qutuların daşınmasında futbolçular da iştirak ediblər.
Kapitan Emin Mahmudov, həmçinin, Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə dəstək olublar.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin