“Neftçi” Türkiyəyə getdi
“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 1-dək Topuk yaylası bölgəsindəki “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq. Bakı təmsilçisi Türkiyədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da keçiriləcək.
Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik müəyyənləşməyib.
“Neftçi” bu mövsüm Avropa Liqasında mübarizə aparacaq. Birinci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin