“Neftçi” texniki cəhətdən mükəmməl komandadır” – Başiç
Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç “Neftçi”yə qarşı evdə keçirəcəkləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında həmkarı Adrian Mutunun Azərbaycan klubunun baş məşqçisi postuna yeni təyin olunduğunu vurğulayıb:
“Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Onlar 9 dəfə ölkələrində çempion olublar. Texniki cəhətdən mükəmməl komandadır. Onların 7-8 milli üzvü var. Baş məşqçiləri də tanınmış simadır. Mutu hücum futbolunu sevir. Bu matça hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik.
Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna rəğmən pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.
“Jelezniçar”ın futbolçusu Suleyman Krpiç də güclü rəqiblə qarşılaşacaqlarını söyləyib: “Komandada ab-hava müsbətdir, baş məşqçi müsbət şeylər gətirib. Sabah qarşı tərəfdə bizi çox keyfiyyətli komanda gözləyir. Düşünürəm ki, meydana çıxaraq, 200 faiz gücümüzü ortaya qoymalıyıq”.
Sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin