“Neftçi” Sərgənlə bu tələbə görə razılığa gələ bilməyib

“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd olan Sərgən Yalçın yekun danışıqlar üçün Bakıya gəlsə də, tərəflər razılığa gələ bilməyiblər.

Türkiyə mətbuatı tərəflərin maliyyə məsələsində anlaşa bilmədiyini iddia edir.

Komanda.az-ın əldə etdiyi məlumata görə Sərgənin “Neftçi” ilə anlaşmamasının səbəbi maliyyə yox, başqa məsələ olub.

Belə ki, “Neftçi” rəhbərliyi vaxtı ilə Sərgənin Azərbaycan millisini nəzərdə tutaraq dediyi “Azərbaycan-Mazərbaycan” sözlərinə görə ona mətbuat konfransı təşkil edərək, üzrxahlıq etməyi də şərt kimi qoyub.

Yəni Sərgəndən “Neftçi” ilə müqavilə imzalayandan sonra məbtuat konftansında üzr istəməsi istənilib. O isə buna razı olmayıb, sözlərinin çox şişirdildiyini bildirib.

“Neftçi” rəhbərliyi hesab edib ki, sabah komandanın uğursuz nəticələri olsa, ilk yada düşən Sərgənin həmin ifadələri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button