“Neftçi” Super Liqa komandaları ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər məlum olub.

Komanda.az kluba istinadən xəbər verir ki, “ağ-qaralar” ilk olaraq iyulun 13-də Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.

Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib Super Liqanın digər komandası “Sivasspor” olacaq.

İyulun 8-də Türkiyəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button