
“Neftçi” Super Liqa klubuna uduzdu
“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçisi olduğu komanda Türkiyə Super Liqası təmsilçisi “Sivasspor”la üz-üzə gəlib. Oyun “Sivasspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 18-ci dəqiqəsində İsaak Kofye fərqlənib.
“Neftçi” Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. “Ağ-qaralar” hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin