
“Neftçi” Super Liqa klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ikinci yoxlama oyunundakı rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” “Sivasspor” komandası ilə qarşılaşacaq. Super Liqa təmsilçisi ilə oyun iyulun 11-də keçiriləcək və saat 16:45-də start götürəcək.
“Neftçi” Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin