“Neftçi” Super Liqa klubu ilə əməkdaşlığa başladı

“Neftçi” Türkiyənin “Bursaspor” klubuyla əməkdaşlığa başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Özlüce İbrahim Yazıcı Təsislərində baş tutan tədbirdə “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, “Bursaspor” klubunun prezidenti Ali Ay və vitse-prezident Cem Öztürk iştirak edib.

Kamran Quliyev əməşdaşlıq haqda bunları deyib:

“Bizim üçün qürurverici andır. Belə bir klubda, sizinlə birgə olmaqdan məmnunuq. Ali Aya, Cem Öztürkə, bütün idarə heyətinə təşəkkürümü bildirmək istərdim. Qardaş ölkədən gəldik. Ölkənin ən böyük klubuyuq. SSRİ dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış bir klubuq.

Sizinlə birlikdə olmaq bizim üçün xoş və sevindiricidir. Ötən gün “Fənərbaxça” ilə matçınızı izlədik, çox şanssız idiz. Möhtəşəm stadionunuz var. Xüsusi bir klubsuz və xüsusi azarkeşləriniz var. Bizim sizdən nümunə götürəcəyimiz çox şey var. Ali Aya təşəkkür edirəm. Münasibətimiz davam edəcək. Gələcəkdə birgə işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button